Aprelin 5-də Şəmkir rayonu ərazisində Ramal Quliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Metbuat.az xəbər verir ki, bu barədə Şəmkir rayon prokurorluğunun məlumatında qeyd edilib.
Araşdırma zamanı yetkinlik yaşına çatmayan şəxs tərəfindən rayonun Kür qəsəbəsi ərazisində Ramal Quliyevin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Yetkinlik yaşına çatmamış rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
APA-nın məlumatına görə isə qətlə yetirilən 19 yaşlı Ramal Quliyev hadisəni törədən oğlanın bacısını sevirmiş.
Hadisəni törədən yeniyetmə gecə saatlarında mərhum R.Quliyevə zəng edərək evlərinə çağırıb.
Bu zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə zamanı yeniyetmə 19 yaşlı gənc oğlana 3 bıçaq zərbəsi vurub.