Bakı. Trend:
Aprelin 5-də Şəmkir rayonu ərazisində Ramal Quliyevinöldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şəmkir rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırma zamanıyetkinlik yaşına çatmayan şəxs tərəfindən rayonun Kür qəsəbəsiərazisində Ramal Quliyevin qəsdən öldürülməsinə əsaslı şübhələrmüəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işibaşlanıb.
Yetkinlik yaşına çatmamış rayon prokurorluğu tərəfindən şübhəlişəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.