Serbiya Yaxın Şərqdəki böhran fonunda ərzaq ixracının məhdudlaşdırılmasını istisna etmir.
"Report" xəbər verir ki, bu barədə Serbiyanın prezidenti Aleksandar Vuçiç Belqradda keçirilən "Ekspo-2027" tikinti sərgisində jurnalistlərə açıqlamasında bildirib.
"Biz vətəndaşlarımızı xəbərdar etməliyik ki, əgər vəziyyət belə davam edərsə, ərzaq ixracına məhdudiyyətlər tətbiq etmək lazım gələcək. Bizim fermerlər üçün bu, problem olmayacaq, çünki biz onların itkilərini kompensasiya edəcəyik. Lakin hazırda böyük həcmdə ərzaq tədarükü yönəldilən bir sıra qonşu ölkələr üçün çətinliklər yaranacaq", - o vurğulayıb.
Daha əvvəl Serbiya hökuməti daxili bazarda qıtlığın və qiymət artımının qarşısını almaq üçün neftin və mühərrik yanacağı kimi istifadə edilən bütün neft məhsullarının ixracını müvəqqəti qadağan etmək barədə qərar qəbul edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib, ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bir sıra ölkələri öz hava məkanlarını müvəqqəti bağlayıb. Fevralın 28-də İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.