EN

Həmin qız uşaq evinə yerləşdiriləcək

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları ailəsi ilə birgə yaşamaq istəməyən və sığınacağa yerləşmək istədiyini bildirən 13 yaşlı Gəncə şəhər sakininin mövcud vəziyyətini qiymətləndirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilib ki, agentliyin əməkdaşları aidiyyəti qurumlarla birgə iş aparıb və uşaq sağlamlığı, həmçinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

“Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək”, - deyə məlumatda qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
8
qafqazinfo.az

9Sources