“Barselona”nın hücumçusu Robert Levandovski La Liqanın 30-cu turunda “Atletiko” ilə oyunda qol vurub.
Polyak 87-ci dəqiqədə qol vuraraq komandasına 2:1 hesablı qələbə qazandırdı.
Publika.az xəbər verir ki, Levandovskinin hazırda “Barselona”da vurduğu qolların sayı 118-dir (“Transfermarkt”a görə). Bu göstərici ilə polşalı hücumçu Kataloniya klubunun bütün zamanların bombardirləri siyahısında 11-ci yerdə qərarlaşıb və Hristo Stoiçkovu geridə qoyub.
Qeyd etmək lazımdır ki, Levandovski 185 matçda 118 qol vurub, Stoiçkov isə 255 matçda 117 qol vurub.