ABŞ kürdlər vasitəsilə İrandakı etirazçılara çoxlu silah göndərib.
Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a bildirib.
“Biz iranlı etirazçılara çoxlu silah göndərmişik. Biz bu silahları kürdlər vasitəsilə göndərmişik. Məncə kürdlər o silahları saxlayıblar”, - Tramp silahların etirazçılara çatmadığını və kürdlər tərəfindən saxlanıldığını iddia edib.
Eyni zamanda, Tramp bu ilin yanvarında İranda 45 min etirazçının təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü qeyd edib.