Bu gün Misli Premyer Liqasında 26-cı tura start verilib.
QOL.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.
Əvvəlcə “Kəpəz” Yevlaxda “Qəbələ”ni sınağa çəkib. Matç Qəbələ təmsilçisinin qələbəsi ilə başa çatıb. Hazırda Gəncə klubu 21 xalla 10-cu, Qəbələ təmsilçisi isə 19 xalla 11-ci pillədə qərarlaşıb.
Cari mövsüm bu komandalar arasındakı oyunlarda tərəflər hərəyə bir qələbə qazanıblar. İlk dövrədə “Kəpəz” 1:0 hesablı, ikinci dövrədə isə “Qəbələ” 3:1 hesablı qələbə qazanıb.
Günün ikinci görüşündə isə “Sumqayıt” öz meydanında “Neftçi”ni qəbul edir. Hazırda paytaxt klubu turnir cədvəlində 37 xalla altıncı, “gənclik şəhəri”nin təmsilçisi isə 32 xalla altıncı yeri tutur.
Komandalar arasında Sumqayıtda ilk dövrədə baş tutan matçda “Neftçi” qələbə qazanıb - 2:0. İkinci dövrədə paytaxtda keçirilən oyunda isə qalib aşkarlanmayıb - 2:2.
5 aprel (bazar)
18:00. “Sumqayıt” - “Neftçi” - 0:1 (Fasilə)
Qol: Freddi Varqas, 36-pen.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
15:30. “Kəpəz” - “Qəbələ” - 0:2
Qol: İsmael Akinade, 74, Domi Massumo, 90
Yevlax şəhər stadionu
6 aprel (bazar ertəsi)
19:00. “Qarabağ” - “Karvan-Yevlax”
7 aprel (çərşənbə axşamı)
15:00. “İmişli” - “Turan Tovuz”
17:15. “Zirə” - “Şamaxı”
19:30. “Araz-Naxçıvan” - “Sabah”

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 15 qol
Bassalu Sambu ("Neftçi") - 10 qol
Velko Şimiç (“Sabah”) - 10 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 8 qol