EN

Siyarto: “Türk axını” qaz kəmərinin mühafizəsi gücləndiriləcək

BAKI, 5 aprel. TELEQRAF

Macarıstan, Rusiya, Türkiyə və Serbiya “Türk axını” qaz kəmərinin mümkün hücumlardan qorunmasını gücləndirmək barədə razılığa gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlama verib.

Məlumata görə, qərar Serbiya ərazisində qaz kəmərinə qarşı təxribat cəhdindən sonra ölkənin baş naziri Viktor Orbanın çağırdığı Müdafiə Şurasının iclasının yekununda qəbul edilib.

Siyarto bildirib ki, o, bu məsələ ilə bağlı Serbiya və Türkiyənin energetika nazirləri, həmçinin Rusiyanın energetika nazirinin birinci müavini Pavel Sorokinlə telefon danışığı aparıb.

Nazirin sözlərinə görə, tərəflər qaz kəmərinin əvvəlkindən daha etibarlı şəkildə fiziki qorunmasının vacibliyi barədə razılığa gəliblər. O qeyd edib ki, son dövrlərdə kəmərə qarşı hücumlar artdığı üçün bütün tərəflər sıx əlaqə saxlayacaq və onun Avropa boyunca təhlükəsizliyini təmin etmək üçün qəti addımlar atacaq.

Chosen
19
teleqraf.com

1Sources