Bakı, 5 aprel, AZƏRTAC
PSV klubu Niderlandın Eredivisie Liqasında çempion olub.
AZƏRTAC xəbər verir ki, “qırmızı-ağlar” ardıcıl üçüncü dəfə, ümumilikdə isə 27-ci çempionluğunu qazanıb.
Peter Boşun rəhbərlik etdiyi kollektiv mövsümün başa çatmasına 5 tur qalmış çempionluğu rəsmiləşdirib.
PSV hazırda 71 xalla turnir cədvəlinə başçılıq edir.