EN

Neftçi yay transfer pəncərəsi üçün çalışmalara start verib

ain.az bildirir, Cebheinfo portalına istinadən.

"Neftçi" yay transfer pəncərəsi üçün çalışmalara start verib.

"Cebheinfo.az" xəbər verir ki, klub bir neçə futbolçu ilə bağlı qərarını verib.

“Ağ-qaralar” Bassala Sambu, İfeanyi Metyu və Freddi Varqası komandada saxlamaq niyyətindədir.

İcarə əsasında “Neftçi”də çıxış edən Varqasın keçidi üçün danışıqlara başlanılıb. Onun müqavilə ilə məxsus olduğu “Makkabi Netanya” futbolçunun transferinə müsbət yanaşır.

Digər iki oyunçu isə komandada qalmağa razıdırlar. Hazırda sözləşmənin son detalları hazırlanır.

Qeyd edək ki, hər üç futbolçunun müqaviləsi yaya qədərdir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
5
cebheinfo.az

6Sources