İran ətrafında münaqişə başlayandan bəri ABŞ ən azıyeddi hərbi təyyarə itirib.
Redaktor.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, cümə günü vurulan "F-15" qırıcısı və həmin gün qəzaya uğrayan "A-10" hücum təyyarəsi ilə yanaşı, daha beş təyyarənin itkisi məlumdur.
Martın 2-də üç ədəd "F-15" qırıcısı Küveyt HHM qüvvələrinin "dost atəşi" nəticəsində Küveyt üzərində vurulub. Martın 12-də İraqda "KC-135" yanacaq təyyarəsi qəzaya uğrayıb, altı amerikalı hərbçi həlak olub.
Martın 27-də Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasında İran hücumu nəticəsində "E-3 Sentry" erkən xəbərdarlıq təyyarəsi yerdə ikən məhv edilib. Məlumata görə, ən azı 10 ABŞ hərbçisi yaralanıb, ölən olmayıb.
Bundan əlavə, telekanalın məlumatına görə, keçən ay "F-35" qırıcısı Yaxın Şərqdəki ABŞ bazasında təcili eniş edib.