Bakı. Trend:
İntensiv yağan yağışlar nəticəsində Sabunçu rayonunun Bakıxanov,Bilgəh, Zabrat, Sabunçu, Maştağa, Kürdəxanı və Ramana qəsəbələrindəümumilikdə 34 ünvanda yağış sularının yığılması müşahidəolunub.
Trend-inməlumatına görə, yağışın fəsadlarının aradan qaldırılması məqsədiləSabunçu Rayon İcra Hakimiyyəti tərəfindən həmin ünvanlara müxtəlifnöv texnikalar, yüksək təzyiqli su motorları və suçəkən maşınlarcəlb olunub.