EN

Beyləqanda qəzada dünyasını dəyişən sürücü ilə bağlı bəzi TƏFƏRRÜAT FOTO/VİDEO

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ötən gün Beyləqanda baş verən ağır qəzada dünyasını dəyişən sürücü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

 

MÖVZU İLƏ BAĞLI: 

Bakıya gətirilərkən yolda öldü - Foto

Bu barədə Bizim.Media-ya mərhumun bacısı Quliyeva Əntiqə Xalqeddin qızı məlumat verib.Onun sözlərinə görə, bir çox xəbər saytlarında qardaşı Quliyev Xəqani Xalqəddin oğlunun Bakıya xəstəxanaya aparılan zaman dünyasını dəyişdiyi yazılır.Amma bu məlumatın tamamilə yanlış olduğunu, qardaşının Beyləqan xəstəxanasından birbaşa Sabunçu xəstəxanasına aparıldığını, orada da dünyasını dəyişdiyini söyləyib:

 

"Mənim qardaşım Quliyev Xəqani avto qəza nəticəsində bədənin baldır hissəsindən yaralanmışdı. O, əslində Travmatologiya və Ortopediya institutuna aparılmalı idi. Təəssüflər olsun ki, onu Sabunçu xəstəxanasına yerləşdirdilər və yerləşdirdikdən iki saat sonra qardaşımın dünyasını dəyişdiyi deyildi.

Mərhumun heç bir daxili qanaması yox idi. O, mütləq şəkildə Travmatologiyaya aparılmalı idi. Mən ümid edirəm ki, mütləq şəkildə qardaşımın hansı şəraitdə və nə səbəbdən öldüyü araşdırılacaq. Təəssüflər olsun ki, bir çox xəbər saytlarında Xəqaninin xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişdi yazılır”.Mərhumun atası Xalqəddin Quliyev Birinci Qarabağ Müharibəsi iştirakçısıdır.Onu da qeyd edək ki, qəza ötən gün Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində  baş vermişdi. Qəza nəticəsində üç nəfər yaralanıb, bir nəfər sürücü dünyasını dəyişib.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
bizim.media

2Sources