EN

"Kəpəz"in həkimi zədəli futbolçunu qucağında meydandan çıxardı - Şəkil

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının 26-cı turunda Yevlaxda keçirilən “Kəpəz” - “Qəbələ” matçı fərqli epizodla diqqət çəkib.

QOL.az xəbər verir ki, qarşılaşmanın 80-ci dəqiqəsində “Kəpəz”in yarımmüdafiəçisi Rəhman Hacıyev zədələnib. Meydana daxil olan komandanın həkimi vaxt itirməmək üçün xərəyi gözləməyib və futbolçunu qucağında meydandan çıxarıb.

Həkimin bu addımı azarkeşlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, oyun “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Chosen
19
teleqraf.com

1Sources