EN

Hakan Fidan Dəməşqdə Suriya və Ukrayna prezidentləri ilə danışıqlar aparacaq

Bakı. TurkicWorld:

Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 5-də işgüzar səfərlə Dəməşqə gəlib.

TurkicWorld-un məlumatına görə, bu barədə "TRT Haber" televiziya kanalı mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, burada nazir ikitərəfli danışıqlarda, eləcə də Suriya prezidenti Əhməd əl-Şara və Ukrayna prezidenti Volodomir Zelenski ilə görüşdə iştirak edəcək.

Türkiyə Xarici İşlər Nazirliyi Fidanın Suriyaya səfəri barədə məlumat versə də, Zelenski ilə danışıqları barədə ətraflı məlumat verməyib.

Chosen
2
1
turkic.world

2Sources