Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada mühüm diplomatik təmaslar keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, XİN rəhbəri Hakan Fidan Suriya Prezidenti Əhməd əş-Şaraa və Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir araya gəlib.
Məlumata görə, tərəflər arasında keçirilən görüşdə regional məsələlər, xüsusilə Yaxın Şərqdəki gərginlik və Ukrayna ətrafındakı son vəziyyət ətraflı müzakirə olunub.
Bizim.Media