EN

İran Trampı hədələdi: Bu axmaqlığa cəsarət etsə...

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Birləşmiş Müqavimət Cəbhəsi Komandanlığı Bab əl-Məndəbə Hörmüz kimi yanaşır.

Axar.az xəbər verir ki, bu sözləri İranın ali liderinin baş müşaviri Əli Əkbər Vilayəti sosial media hesabında yazıb.

“Əgər Ağ Ev axmaq səhvlərini təkrarlamağa cəsarət edərsə, tezliklə qlobal enerji və ticarət axınının tək bir hərəkətlə pozula biləcəyini anlayacaq”, - o bildirib.

Vilayəti rəqiblərinə “tarixi” də xatırladıb:

“Anqlo-saksların əcdadları mağaralarda od axtaranda Böyük Dara naviqasiyanı asanlaşdırmaq üçün Aralıq dənizini Qırmızı Kanalla birləşdirmişdi- o vaxt İranın bilikləri qlobal elmi tərəqqinin təməlini təşkil etmişdi. Amerika İrandan tarix öyrənib, lakin hələ də hakimiyyətin coğrafiyasını başa düşməyib”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
50
axar.az

1Sources