EN

Tramp İrandakı quru əməliyyatının DETALLARINI AÇIQLADI: “Elə bildik ki…”

ABŞ Prezidenti Donald Tramp İran üzərində vurulmuş “F-15” qırıcısının pilotunun xilas edilməsi əməliyyatının pərdəarxası məqamlarını açıqlayıb. “Axios” nəşrinin məlumatına görə, Tramp xilasetmə əməliyyatının başlanğıcında Vaşinqtonun böyük tərəddüd yaşadığını və Tehranın onlara tələ qurduğundan şübhələndiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Tramp təyyarənin daşınan zenit-raket kompleksi (MİNPADS) tərəfindən vurulduğunu qeyd edərək, İran hərbçilərinin bu uğurunu “sadəcə bəxtləri gətirib” deyə şərh edib. Lakin əməliyyatın ən dramatik anı pilotdan gələn qəribə radio-mesaj olub. Pilot efirdə “Qüvvət Allahdadır” (və ya “Allah xeyirxahdır”) ifadəsini işlədib. Bu mesaj Pentaqonda böyük çaşqınlıq yaradıb.

Trampın sözlərinə görə, ABŞ rəsmiləri bu siqnalın saxta olduğunu və İranın müsəlman ritorikasından istifadə edərək amerikalı xilasediciləri pusquya salmaq istədiyini düşünüblər: “Pilotun sözləri elə səslənirdi ki, sanki bunu bir müsəlman deyir. Bu, bizi qərar qəbul etməkdə iflic etdi, çünki dezinformasiya riskindən qorxurduq”.

Prezident xilasetmə əməliyyatını son dərəcə gərgin keçdiyini təsvir edərək, “minlərlə vəhşinin” pilotu əsir götürmək üçün ərazini qarış-qarış axtardığını qeyd edib. Bütün bu şübhələrə baxmayaraq, xüsusi təyinatlıların riskli addımı sayəsində pilotun həqiqətən sağ olduğu müəyyənləşib və o, İran ərazisindən çıxarılıb.

Sara,
NOCOMMENT.az

Chosen
37
nocomment.az

1Sources