EN

Aprel şəhidi Rasim Məmmədovun qardaşı: Dedi ki, mən hərbçi olub atamın qisasını alacağam VİDEO

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvanda Aprel döyüşləri şəhidi mayor Rasim Məmmədovun anım tədbiri keçirilib. Rasim Məmmədov 2016-cı il aprelin 4-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Aprelin 5-də isə doğulduğu qəsəbədə dəfn olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Aprel şəhidi Rasim Məmmədovun qardaşı: "Dedi ki, mən hərbçi olub atamın qisasını alacağam" - VİDEO

Şəhidin qardaşı Aslan Məmmədov qardaşını bu sözlərlə yad edib: "Əvvəllər Rasim məktəbdə oxuyan vaxtı həmişə həkim olmaq istəyirdi. Sadəcə 1992-ci ildə atam yaralanandan sonra o dedi ki, yox, mən hərbçi olacağam, atamın qisasını alacağam. 1992-ci ildən sonra hamımızın həyatı dəyişdi və Rasim hərbçi oldu. O, həmişə vətənpərvər biri olub, onun vətənpərvərliyi bu gün bizim ailəmizin gənclərinə də sirayət edib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
51
1
oxu.az

2Sources