Bakı. Trend:
Qazaxıstanın şimalındakı Akmola vilayətində “Şoptıkol” bəndiyarılıb.
Trend xəbər verirki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuatxidmətindən bildirilib.
Məlumata görə, hidrotexniki qurğu Qorğaljın rayonunun Sabındıkəndindən 2 kilometr şimalda yerləşir və hazırda ərazidə bərpaişləri aparılır. Hadisə yerində suyun təhlükəsiz şəkildəburaxılması üçün operativ tədbirlər görülür.
Fəsadların aradan qaldırılmasına FHN-in, yerli icra hakimiyyətiorqanlarının, rayon polis şöbəsinin, eləcə də yol xidmətlərininqüvvə və vasitələri cəlb olunub. Ümumilikdə 170-ə yaxın şəxsi heyətvə 43 texnika işlərə səfərbər edilib.
Qurumdan bildirilib ki, bəndin möhkəmləndirilməsi, lazımimaterialların tökülməsi və suyun kənarlaşdırılması istiqamətindətədbirlər davam etdirilir.