EN

Nigeriyada silahlıların hücumu: 17 mülki şəxs həlak olub

Bakı, 6 aprel, AZƏRTAC

Naməlum silahlı şəxslər Nigeriyanın cənub-şərqində bir kəndə hücum edərək ən azı 17 mülki şəxsi qətlə yetiriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Daily Post” qəzeti məlumat yayıb.

İlkin məlumatlara görə, hücum Mbalom kəndində (Benue ştatı) baş verib. Silahlılar yaşayış evlərini yandırıblar, bir neçə sakin isə itkin düşüb.

Qeyd olunur ki, Nigeriya təxminən 20 ildir əsasən şimal və şimal-şərq bölgələrində, son dövrlərdə isə cənub-şərqdə terrorizmlə mübarizə aparır. 2025-ci ilin dekabr ayından etibarən ABŞ bu istiqamətdə Nigeriyaya dəstək verir, ölkəyə yüzlərlə hərbçi, silah və sursat göndərir. Buna baxmayaraq, əsasən Boko Haram qruplaşmasının həyata keçirdiyi hücumlar yeni ərazilərə yayılmaqda davam edir.

Chosen
52
3
azertag.az

8Sources