EN

Şampun saç tökülməsinə səbəb olur? Mütəxəssisdən açıqlama

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Patoloji saç tökülməsi insanın başını hansı şampunla yuması ilə heç cür əlaqəli deyil".

Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı trixoloq və dermatoveneroloq Eduard Buçarov Gazeta.ru-nun jurnalistləri ilə söhbətində deyib.

"Şampun keçəlliyin səbəbi deyil. O, tərkibinə görə konkret insan üçün uyğun olmaya bilər, qıcıqlanma yarada bilər, lakin patoloji saç tökülməsinin mexanizmi daha dərin proseslərlə bağlıdır", - deyə həkim açıqlamasında bildirib.

E.Buçarov əlavə edib ki, problemin kökünü saç follikullarının vəziyyətində axtarmaq lazımdır:

"Follikullar dərinin altında yerləşdiyi üçün şampun onlara təsir edə bilmir. Hətta yuyucu vasitədə aqressiv maddələr olsa belə, onlar follikulların fəaliyyətinə təsir göstərmir və patoloji saç tökülməsinə səbəb olmur".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
2
oxu.az

3Sources