EN

Ukrayna dronları Novorossiysk limanına hücum edib

Ukrayna bazar günü ərzində Krasnodar diyarına dronlarla hücum edib.

Herbiand.az xəbər verir ki, bu barədə regionun qubernatoru Veniamin Kondratyev Telegram kanalında məlumat yayıb.

Novorossiysk, Anapa, Gelendjik, Soçi və digər rayonlarda həyəcan siqnalları səsləndirilib. Kondratyev vurğulayıb ki, ən böyük ziyan Novorossiyskdə olub.

Onun sözlərinə görə, orada dron hücumu nəticəsində səkkiz nəfər yaralanıb. "Onlardan ikisi fərdi evdə yaşayan uşaq, biri isə yetkindir. Digər üçü isə çoxmənzilli binanın sakinləridir".

Chosen
38
herbiand.az

1Sources