EN

İtaliyada enerji böhranı riski artır

Meloni Fars körfəzindəki gərginliyin artmasını enerji çatışmazlığına səbəbi kimi göstərib...

Poliqon xəbər verir ki, İtaliyanın baş naziri Corcia Meloni ölkədə enerji resurslarının çatışmazlığı riskinin yarana biləcəyini bəyan edib. O, bu açıqlamanı Fars körfəzi ölkələrinə rəsmi səfərinin yekunlarına dair çıxışında səsləndirib.

Meloni bildirib ki, Fars körfəzi regionunda artan qeyri-sabitlik enerji qiymətlərinə birbaşa təsir göstərir və vəziyyət daha da pisləşərsə, İtaliya da daxil olmaqla bir sıra ölkələr ciddi enerji qıtlığı ilə üzləşə bilər. Onun sözlərinə görə, mövcud geosiyasi risklər Avropanın enerji təhlükəsizliyini birbaşa təhdid edir.

Baş nazir vurğulayıb ki, regionda hərbi gərginliyin artması yalnız qiymət artımı ilə məhdudlaşmır, eyni zamanda enerji təchizat zəncirlərinin pozulması riskini də artırır. Bu isə xüsusilə idxaldan asılı olan ölkələr üçün strateji problem yaradır.

Aprelin 3-4-də Corcia Meloni Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə səfərdə olub. Görüşlər zamanı o, bu ölkələrin liderləri ilə Hörmüz boğazında gəmiçiliyin bərpası və regionda hərbi eskalasiyanın dayandırılması yollarını müzakirə edib.

Qeyd olunur ki, İtaliya enerji ehtiyaclarının əhəmiyyətli hissəsini məhz bu regiondan təmin edir. Bu səbəbdən Fars körfəzində baş verən hər hansı destabilizasiya ölkənin daxili enerji balansına birbaşa təsir göstərə bilər.

Poliqon.info

Chosen
16
poliqon.info

1Sources