EN

Türkiyədə yağışlar daşqınlara səbəb olub

Türkiyənin şimal-qərbindəki Ədirnə əyalətində güclü yağışlar Meriç çayının daşmasına səbəb olub. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Meriç çayının daşması nəticəsində çay suyu Elçili-Uzunköprü yoluna çatıb. Kənd təsərrüfatı torpaqları da su altında qalıb. 

Bundan əlavə, Küplü və Subaşı rayonlarında daşqınlar qeydə alınıb, su qoruyucu bəndləri aşaraq yola çıxıb və nəqliyyatın hərəkətini çətinləşdirib.

Chosen
22
33
unikal.az

10Sources