Bakı.Trend:
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyathadisəsi baş verib.
Trend-inməlumatına görə, hadisə aprelin 5-də Zabrat-Kürdəxanı yolunda qeydəalınıb.
Belə ki, Ələkbərov Hacıağa Teyyub oğlunun idarə etdiyi “FordTransit” markalı avtomobil Zabrat qəsəbəsindən Kürdəxanıistiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada -Kərimov Zülfi Heybət oğlunu vurub.
Nəticədə piyada hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.