EN

Türkiyə enerji böhranı ilə üzləşmiş Kubaya üzən elektrik stansiyası göndərib

Bakı. Trend:

Türkiyənin “Karpowership” şirkəti adanın elektrik enerjisi ilətəmin edilməsi məqsədilə üzən elektrik stansiyalarından biriniKubaya göndərib.

Trend xəbər verirki, bu barədə NTV telekanalı məlumat yayıb.

Məlumata görə, “Belgin Sultan”adlı xüsusi gəmi artıq Havananınlimanında lövbər salıb.

ABŞ-nin ölkəyə yanacaq tədarükünə tətbiq etdiyi embarqodan sonraKubanın enerji sistemi dərin böhran vəziyyətinə düşüb. Bu vəziyyəthəm ev təsərrüfatlarının və müəssisələrin elektriklə təminatına,həm də hava limanlarının fəaliyyətinə təsir göstərib. Belə ki,aviasiya yanacağı ilə bağlı böhran yaranıb və nəticədə bir çoxşirkətlər adaya uçuşlarını məhdudlaşdırıblar.

“Karpowership” şirkətinə məxsus gəmi mayeləşdirilmiş qaz və yadizel yanacağı ilə işləyə bilir. Belgin Sultan 76 MVt-a qədərelektrik enerjisi istehsal etmək gücünə malikdir. Türkiyəşirkətinin bu tip gəmilərdən və digər platformalardan ibarətdonanması mövcuddur. Şirkət elektrik təchizatı xidmətlərini birsıra ölkələrdə, o cümlədən Fil dişi sahili, Qana, Mozambik,Seneqal, Braziliya və Dominikan Respublikasında təqdim edir.

Məqalədə:
Chosen
34
az.trend.az

1Sources