EN

Avtomobillər havanı necə çirkləndirir? – Son 8 ilin ən çirkli havası


Ötən il Azərbaycanda avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrin miqdarı 2024-cü illə müqayisədə 12,8% artaraq 959,8 min ton olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrin 67,3%-ini karbon oksidləri, 16,3%-ini karbohidrogenlər, 14,6%-ini azot oksidləri, 1,8%-ini isə digər maddələr təşkil edib.
Məlumat üçün bildirək ki, ötən il avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrin miqdarı 2017-ci ildən sonra qeydə alınan ən yüksək göstərici olub.
Son 8 ildə avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrin miqdarı belə olub:
2018-ci il – 950,2 min ton;
2019-cu il – 945,2 min ton;
2020-ci il – 694,1 min ton;
2021-ci il – 723,5 min ton;
2022-ci il – 772,2 min ton;
2023-cü il – 820,8 min ton;
2024-cü il – 850,6 min ton;
2025-ci il – 959,8 min ton.


Elnur Əli
Chosen
9
2
yeniavaz.com

3Sources