BAKI, 6 aprel. TELEQRAF
ABŞ və İsrail silahlı qüvvələri İranın əsas enerji infrastrukturu obyektlərini məhv etmək məqsədilə genişmiqyaslı birgə hücum planını yekunlaşdırıblar.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.
Mənbələr portala bildiriblər ki, hərbi planın həyata keçirilməsi Vaşinqtonun Tehranla danışıqlar zamanı ilkin razılığa gəlmək üçün müəyyən etdiyi son tarixin bitməsinə qədər təxirə salınır.