Kriptovalyuta bazarında son 24 saat ərzində əsas aktivlər üzrə ümumi artım dinamikası müşahidə olunub.
“APA-Economics” CoinMarketCap platformasına istinadən xəbər verir ki, son 24 saatda kriptovalyuta bazarının ümumi kapitallaşması 2.45% artaraq 2.37 trln. dollar təşkil edib.
Bitcoin 3.02% bahalaşaraq 69,139 dollar, Ethereum isə 3.62% artaraq 2,130 dollar səviyyəsinə yüksəlib. BNB 1.14% artaraq 599 dollar olub.
Stabil koinlərdə isə cüzi dəyişiklik qeydə alınıb. Tether 0.02% azalaraq 0.9996 dollar, USD Coin isə 0.01% geriləyərək 0.9998 dollar təşkil edib.
Digər iri aktivlər arasında XRP 2.09% artaraq 1.33 dollar, Solana 1.91% bahalaşaraq 81.91 dollar, Dogecoin 1.66% artaraq 0.0926 dollar olub. TRON isə 0.12% azalma ilə 0.3175 dollar səviyyəsinə enib.
Bundan əlavə, Cardano 4.45% artaraq 0.2569 dollarla günün ən çox yüksələn əsas aktivlərindən biri olub. Bitcoin Cash isə 0.54% azalaraq 434 dollar təşkil edib. Chainlink 3.51% artaraq 8.94 dollar səviyyəsinə yüksəlib.
Analitiklər qeyd edirlər ki, son 24 saatda müşahidə olunan artım əsasən bazarda risk iştahının qismən bərpası, investorların iri kapitallaşmalı aktivlərə marağının artması və texnoloji tokenlərə yönələn tələbin güclənməsi ilə əlaqədardır.
"Cebheinfo.az"