EN

Netflix qiymət artımlarına görə istifadəçilərə pul qaytaracaq

Banco.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müəllif:Mehin Qasımova,Banco.az

İtaliya məhkəməsi "Netflix" platformasının 2017-ci ildən etibarən tətbiq etdiyi qiymət artımlarını ədalətsiz hesab edib.

Banco.az xəbər verir ki, çıxarılan qərara əsasən, şirkət milyonlarla abunəçiyə geri ödəniş etməli və qiymət siyasətini yenidən nəzərdən keçirməlidir.

Məhkəmə qərarında bildirilir ki, 2017-ci ildən 2024-cü ilin yanvar ayına qədər olan dövrdə qiymət artımları abunəçilərə qarşı ədalətsiz tətbiq olunub. Bu səbəbdən istifadəçilərə birdəfəlik kompensasiya ödənilməsi qərara alınıb.

Qərara əsasən, "Netflix" təsirlənmiş abunəçiləri geri ödəniş hüquqları barədə rəsmi şəkildə məlumatlandırmalı və ödənişləri həyata keçirməlidir.

Məlumata görə, bu hüquqi proses Movimento Consumatori təşkilatı tərəfindən başladılıb. Təşkilatın prezidenti Alessandro Mostaccio bildirib ki, 25 mindən çox istifadəçi illər ərzində qiymət artımlarından şikayət edərək onlara müraciət edib.

İstehlakçıları təmsil edən hüquqşünasların hesablamalarına görə, Premium paket istifadəçiləri təxminən 500 avro, Standard paket abunəçiləri isə təxminən 250 avro həcmində geri ödəniş ala bilər.

Şirkət tərəfindən verilən açıqlamada isə istehlakçı hüquqlarına ciddi yanaşıldığı vurğulanıb və platformanın şərtlərinin İtaliya qanunvericiliyinə uyğun olduğu bildirilib. Eyni zamanda, qərardan apellyasiya şikayəti veriləcəyi də qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
banco.az

2Sources