EN

Xətai rayonunda həmin ağac yoldan götürüldü

Yazını böyüt
Yazını kiçilt

Xətai rayonu, Neapol küçəsi 11 ünvanında yola aşaraq nəqliyyat vasitələrinin hərəkətinə problem yaradan ağac ərazidən götürülüb.

Hafta.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin məlumatında qeyd edilib.

Qurumdan bildirilib ki, hazırda yol açıqdır və işlək vəziyyətdədir.

08:33

Bakıda ağacın aşması nəqliyyatın hərəkətinə mane olub.

Hafta.az xəbər verir ki, hadisə paytaxtın Neapol küçəsində qeydə alınıb.

Bildirilib ki, küçədə ağacın aşması nəticəsində yol müvəqqəti olaraq bağlanıb.

Yaranmış vəziyyətlə əlaqədar olaraq, həmin ərazidən keçən 62 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların istiqaməti dəyişdirilib.

Hazırda avtobuslar alternativ olaraq əsas yol ilə hərəkət edirlər.

Chosen
21
14
hafta.az

10Sources