EN

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının xərcləri 42 milyard dolları ötdü – ÖZƏL

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların maliyyə yükü sürətlə artır. Olaylar.az xəbər verir ki, "Iran War Cost Tracker" portalının real vaxt rejimində yenilənən məlumatlarına əsasən, münaqişənin başladığı 36 gün ərzində xərclər artıq 42 milyard dolları keçib.

Hesablamalar Pentaqonun Konqresə təqdim etdiyi rəsmi hesabata əsaslanır. Həmin sənədə görə, hərbi kampaniyanın ilk 6 günü 11,3 milyard dollara başa gəlib, sonrakı dövrlərdə isə gündəlik xərc təxminən 1 milyard dollar təşkil edir. Portal qeyd edir ki, bəzi hərbi analitiklərin fikrincə, real xərclər sayğacda görünən rəqəmlərdən xeyli yüksək ola bilər.

İran Parlamentinin (Məclis) sədri Məhəmməd Baqer Qalibaf ABŞ-nin Yaxın Şərq siyasətinin fəlakətli nəticələrə yol açacağını bildirib. O, Vaşinqtonun hərəkətlərinin bölgəni "külə çevirəcəyi" və hər bir ailə üçün "əsl cəhənnəmə" çevriləcəyi barədə xəbərdarlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
olaylar.az

1Sources