EN

“Baş verənlər İranın ABŞ-a açıq mesajıdır”- Elçin Alıoğlu

Politoloq Elçin Alıoğlu ABŞ və İran arasında baş verən hadisələri şərh edib.

O, News365.az-a açıqlamasında bildirib ki, regionda son dövrlərdə baş verən hadisələr diqqətlə təhlil olunmalıdır. Politoloqun sözlərinə görə, birinci hadisə ABŞ-ın Tehran ilə bağlı həyata keçirdiyi əməliyyat zamanı iki helikopterin göndərilməsi ilə əlaqədardır. Onlardan birinin sıradan çıxdığı, digərinin isə qəzaya uğradığı qeyd olunur. Hadisədən sonra şəxsi heyətin təxliyəsi üçün genişmiqyaslı əməliyyat keçirilib.

Ekspert bildirib ki, ikinci hadisə isə müəyyən qüvvələrin formalaşdırılması və bölgəyə əlavə hərbi resursların cəlb olunması ilə bağlıdır. Onun sözlərinə görə, bəzi hallarda hərbi texnikanın düşmən əlinə keçməsinin qarşısını almaq üçün həmin texnika məhv edilir. Bu, xüsusilə ABŞ ordusunda tətbiq olunan standart yanaşmalardan biridir.

Politoloq qeyd edib ki, bəzi məlumatlara görə, hadisə yerində olan helikopterlər də məhz bu məqsədlə partladılıb. O vurğulayıb ki, bu cür addımlar hərbi praktikalarda geniş yayılıb və texnikanın qarşı tərəfin istifadəsinə verilməməsi üçün atılır.

E. Alıoğlu əlavə edib ki, ümumilikdə baş verənlər İran tərəfindən ABŞ-a verilən mesaj kimi də qiymətləndirilə bilər. Onun fikrincə, bəzi siyasi bəyanatlarda səsləndirilən iddialar reallığı tam əks etdirmir və daha çox təbliğat xarakteri daşıyır.

Politoloq, həmçinin, Donald Tramp tərəfindən səsləndirilən bəzi fikirlərə də toxunaraq bildirib ki, İranın hərbi imkanlarının tam sıradan çıxarılması ilə bağlı iddialar həqiqəti əks etdirmir və bu kimi açıqlamalar daha çox informasiya müharibəsinin tərkib hissəsidir.

News365.az

Chosen
12
news365.az

1Sources