BAKI, 6 aprel. TELEQRAF
Qeyri-sabit hava şəraiti aprelin 7-dək davam edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək, Azərbaycanın rayonlarında isə 7-si axşamadək davam edəcəyi gözlənilir.