EN

Qazi Universitetindən azərbaycanlı gənclər üçün təhhsildə yeni imkan

Newscenter.az saytına istinadən ain.az xəbər verir.

Bakıda Türkiyənin Qazi Universiteti, Avrasiya Danışmanlıq və Big Taime Education-un birgə təşkilatçılığı ilə Qazi Universiteti TÖMER imtahanının təqdimat mərasimi keçirilib.Newscenter.az xəbər verir ki, mərasimi giriş sözü ilə açan Avrasiya Danışmanlığın təmsilçisi Ülviyyə Filiyeva tədbirin mahiyyəti, qarşıya qoyulan məqsədlər barədə qısaca məlumat verib. O, birgə əməkdaşlıq etdikləri təhsil və hazırlıq qurumlarına, ayrı-ayrı şəxslərə təşəkkürünü ifadə edərək gələcəkdə təhsil sektorunda daha ciddi uğurlara imza atacaqlarına, bununla da gənclərimizin daha bilikli və savadlı yetişmələrinə vəsilə olacaqlarına əminlik ifadə edib.Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının üzvü Rəsul Cunayev azərbaycanlı gənclərin beynəlxalq səviyyədə təhsillərini davam etdirmək üçün hər bir təşəbbüsə dəstək verdiyini diqqətə çatdırıb və idmançıların da belə təcrübələrdən yararlanmasını zəruri hesab edib. Cunayev Avrasiya Danışmanlıqla Qazi Universiteti arasında əməkdaşlığın perspektivli və uğurlu olacağına əminlik ifadə edib.Daha sonra çıxış edən Avrasiya Danışmanlığın rəhbəri İlqar Süleymanov qonaqları salamlayaraq Qazi Universiteti ilə əməkdaşlıq imkanları barədə danışıb. Bildirib ki, 100 illik tarixi olan Qazi Universiteti ilə birgə əməkdaşlıq Avrasiya Danışmanlık üçün zəruridir. Çünki məqsəd Qazi Universiteti təcrübəsini Azərbaycana gətirməkdir. İlqar Süleymanov bu əməkdaşlığın faydalı və uğurlu olacağına əminliyini ifadə edib.Tədbirdə çıxış edən Qazi Universitetinin türk dili və ədəbiyyatı bölümünün rəhbəri Mustafa Kurt Azərbaycanla təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinin zəruriliyindən danışıb. Bildirib ki, günümüzdə Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr inkişaf etməkdədir və bu əlaqələr təhsil sektorundan da yan keçmir. Qazi Universiteti də təhsil sahəsində əlaqələrin inkişafına fayda vermək istəyir:“Bu məqsədlə Azərbaycanda səfərdəyik. Səfər zamanı bir sıra tədbirlərdə, təhsil sərgisində iştirak etdik. Hesab edirəm ki, qarşılıqlı səfərləri genişləndirməklə Qazi Universiteti olaraq Azərbaycanla Türkiyə arasında təhsil sektorunda əlaqələrin inmişafına öz töhfəmizi verə biləcəyik”.Qazi Universitetinin 100 illik tarixə və zəngi təcrübəyə malik olduğunu deyən Mustafa Kurt bu təcrübəni Azərbaycanla bölüşməyə maraqlı olduqlarını deyib:“Bunun üçün burada, qardaş Azərbaycandayıq. Bizim universitetimizin kifayət qədər geniş beynəlxalq əlaqələri, zəngin təcrübəsi var. Azərbaycanlı gənclərimiz həmin təcrübə və imkanlardan istifadə edərək təhsil sahəsində uğurlar əldə edə bilərlər”.Mustafa Kurt deyib ki, ilkin mərhələdə Avrasiya Danışmanlık ilə birgə əməkdaşlıq çərçivəsində Türkiyədə təhsil almaq istəyən azərbaycanlı gənclər üçün TÖMER imtahanları təşkil ediləcək. Onun sözlərinə görə, nəticələri iki kateqoriya üzrə müəyyən ediləcək TÖMER imtahanı ilə qazanılacaq sertifikatlar Türkiyənin bütün universitetləri tərəfindən qəbul olunacaq. Mustafa Kurt onu da deyib ki, imtahandan istənilən nəticəni toplaya bilməyənlər üçün pulsuz hazırlıq kursları təşkil olunacaq. Tədbirdə çıxış edən digər natiqlər sözügedən əməkdaşlığı təqdir edərək uğurlar arzulayıblar. Sonda Qazi Universiteti tərəfindən Azərbaycanda fəaliyyət göstərən tələbə hazırlığı kursları və təhsil sahəsində fəaliyyət göstərən mərkəzlərə sertifikat təqdim edilib.Süleyman İsmayılbəyli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
2
newscenter.az

3Sources