EN

Siyəzəndə körpü uçdu

Bakı. Trend:

Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsindəyaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçayüzərində yerləşən körpünün bir hissəsini uçurub.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyiməlumat yayıb.

Bildirilir ki, əraziyə dərhal Azərbaycan Avtomobil YollarıDövlət Agentliyinin əməkdaşları cəlb olunub, təhlükəsizliktədbirləri görülüb.

Sürücülərdən alternativ olaraq Bakı–Quba–Rusiya Federasiyası ilədövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundanistifadə etmələri xahiş olunur.

Chosen
19
17
az.trend.az

10Sources