Sumqayıt şəhəri, 41-ci məhəllədə azyaşlıları bıçaqla təhdid edən şəxslə bağlı araşdırmalara başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli yayıb.
O qeyd edib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, mövzu ilə bağlı oxu.z-a şikayət daxil olub. Şikayətçilərin sözlərinə görə, Şahhüseyn Qəmbərov adlı şəxs mütəmadi olaraq əlində bıçaqla həyətə çıxaraq azyaşlıları təhdid edir:
"Uşaqları həyətə buraxa bilmirik. Hər gün əlində bıçaqla gəzir, uşaqların üstünə gedir. Dəfələrlə polisə müraciət etmişik. Gəlib aparırlar, lakin qısa müddət sonra yenidən sərbəst buraxılır".
Sakinlər bildiriblər ki, sözügedən şəxs 2024-cü ildə azyaşlıya kəsici alətlə xəsarət yetirib:
"Daha sonra sərbəst buraxılıb. Özü tək yaşayır. Yaşadığı evi əxlaqsızlıq yuvasına çevirib, orada tez-tez narkotik istifadəçiləri toplaşırlar. İkinci təhlükəli hadisə baş vermədən bunun qarşısı alınmalıdır".
Bizim.Media