"Güclü yağışlar nəticəsində bir çox ərazi su altında qalıb, evlərə ciddi ziyan dəyib. Sakinlər çətin anlar yaşayır". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədrinin müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, bəzi yerlərdə yolların keçilməz hala düşdüyü, avtomobillərin suyun içində qalaraq hərəkətdə çətinlik çəkdiyi bildirilir: "Sakinlərin sözlərinə görə, güclü yağışlar nəticəsində yaranan bu vəziyyət gündəlik həyatı iflic edib, ərazidə hərəkət etmək demək olar ki, mümkünsüzləşib. Bakı və ətraf qəsəbələrin əksəriyyətində evlərə su dolub, həyat səviyyəsi dözülməz hala gəlib.Çox acınaqlı odur ki, yağış suları kanalizasiya suları ilə qarışdığından evlərdə üfunət iyi çoxalıb və bu su çəkildikdən aylarla sonra bu evlərdəki üfunət iyi çəkilməyəcək. Məsul şəxslərin dediyinə əsaslansaq günahkar normadan artıq yağan yağış və kanalizasiya xətlərinın üstündə tikilmiş evlərdir. Demək belə çıxır ki, kanalizasiya sistemi yaxşı işləyir.Yaxşı işləsəydi su yollarda qalmazdı. Nədən ətraf ərazilərdə yeni kanalizasiya sistemi qurulmur? Yeni tikilmiş binalarda yeni sistemin tətbiqi nədən yubadılır? "Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31