EN

Almatıda Azərbaycana həsr olunmuş “Study in Azerbaijan” təhsil sərgisi keçiriləcək

7-8 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetində "Study in Azerbaijan" təhsil sərgisi keçiriləcək.

Musavat.com xəbər verir ki, tədbir geniş spektrli təhsil proqramları, təqaüd imkanları təqdim etmək və ziyarətçiləri ölkəmizdəki tələbə həyatı ilə tanış etmək məqsədilə Azərbaycanın aparıcı universitetlərini bir araya gətirəcək.

Sərginin məqsədi təhsil sahəsində əməkdaşlığı genişləndirmək, tələbələri və gənc mütəxəssisləri xaricdə yüksək keyfiyyətli təhsil almaq imkanları haqqında məlumatlandırmaqdır.

Şahanə Rəhimli

Musavat.com 

Chosen
13
9
musavat.com

10Sources