EN

İsrail və Avropaya qaz ixraçı: resurs, marşrut və rəqabət- ÖZƏL

"Yaxın Şərqdə baş verən müharibənin ən ciddi iqtisadi təzyiq göstərdiyi iqtisadi məkanlardan biri Avropa Birliyidir. Hörmüz boğazının bağlı olması, Qətərdə LNG (sıxılmış maye qaz) zavodunun zədələnməsi bu bazar uğrunda rəqabəti daha da kəskinləşdirmişdir. Avropa qaz bazarına iddiası olan ölkələrdən biri və ən yenisi İsraildir. Körfəz ölkələrində baş verən hadisələr Avropa qaz bazarında diqqəti Aralıq dənizində böyül qaz yatağı kəşf etmiş İsrailə yönəltmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Bu bazar bizim üçün də maraqlı olduğundan və Azərbaycan Avropa Birliyinin qaz təhcizatçılarından biri olduğundan bazarın ümumi vəziyyətinin və bazar  iştirakçılarının öyrənilməsi bizim üçün iqtisadi cəhətdən maraqlıdır.
İsrail 2010-cu ildə Aralıq dənizində regionun ən iri qaz yatağını kəşf etdi. Bu yatağın adı Leviathandır. Leviathan- qolları hər yerə çatan əjdaha deməkdir. Yataq həqiqətən də əjdaha ehtiyatlara sahibdir. Yatağın ilkin təxmini ehtiyatı 620 mlrd m3-dir. Azərbaycanın Şahdəniz yatağının ehtiyatının təxminən yarısına bərabərdir. Bu həcm Avropanın 1.5-2 illik tam qaz tələbatını ödəyə bilər (müqayisə üçün). İsrailin bu yataqdan hasil olan qazı Avropaya satmaq istəməsi təbii dir, nəzərə alsaq ki, Avropa da hər zaman alternativ qaz idxalı mənbələri axtarışındadır.
İsrailin bu yataqdan 2025-ci ildə hasilat həcmi 11 mlrd m3 olmuşdur. Yatağın əsas ortaqların biri ABŞ-ın Chevron şirkədir. Bu ilin yanvarında investorlar yatağın genişləndirilməsi üçün yekun qərar qəbul etdilər - bu layihə tamamlananda yatağın hasilat gücü 2029-cu ilə doğru ildə 21 mlrd m3 olacaqdır.
Hazırda İsrail hasil olan qazı Misirə ötürür, orda qaz LNG (sıxılmış maye qaz) olur və daha sonra da Avropaya daşınır. Bu bahalı variant olduğu üçün təbii qazın birbaşa yataqdan Avropa ixracı üçün bir neçə marşrut üzərində müxtəlif planlar mövcuddur:
1) EastMed Boru kəməri. İsrail-Kipr-Yunanısan-İtaliya. Bu kəmərin uzunluğu 1000km-ə yaxındır. Kəmər çox dərin sulardan çəkilməlidir (3 km dərinlik). Tələb olunan investisiya 6-10 mlrd dollardır. Bütün bu amillər kəməri kommersiya cəhətdən riskli edir.
2) Türkiyə üzərindən TANAP-TAP Boru kəməri. İsrail-Türkiyə-TANAP-TAP-Avropa. Bu marşrut daha ucuz və qısadır. Eyni zamanda infrastrukturun artıq mövcud olması kəməri çox cəlbedici edir. Amma İsrail-Türkiyə münasibətləri, Şərqi Aralıq dənizi gərginliyi hələlik bu marşrutu qeyri-real edir.
3) Misir üzərindən LNG (sıxılmış maye qaz) marşrutu. İsaril qazı Misirə ötürür, orda LNG-yə çevrilir və tanker ilə Avropaya göndərilir. Bu marşrut hazırda işləyir. Yaxın gələcəkdə də ən real marşrut bu sayılır. İsrailin Avropa LNG bazarında əsas rəqibi ABŞ və Qətər dir. Bu baxımıdan Qətərdə baş verən son hadisələr ABŞ və İsrailin Avropaya LNG ixracını artıracaqdır.
Azərbaycan Avropa bazarlarına artıq mövcud olan boru kəməri ilə qaz ixrac etdiyindən LNG qaz ixracı bizim üçün elə də böyük rəqabət yarada bilmir. Azərbaycanın əsas üstünlüyü odur ki, bizim Avropaya qaz ixracımız artıq işləyən boru kəməri sistemi üzərində qurulub. Yəni Şahdəniz qazı Cənub Qaz dəhlizi vasitəsilə Avropa bazarına fiziki və kommersiya baxımından oturuşmuş marşrutla çıxır. Bazara yeni daxil olacaq, o cümlədən İsrail qazı isə hələ də "resursdan bazara çıxış" məsələsində daha çox regional marşrutlar və üçüncü ölkə infrastrukturundan asılıdır.
Bu səbəbdən, Azərbaycan qazı infrastruktur baxımından daha yetkin, İsrail qazı isə potensialı yüksək, amma marşrut baxımından daha həssas görünür. Eyni zamanda xatırlatmaq yerinə düşər ki, 2026-cı iliin fevral ayından İsrail təhlükəsizlik səbəblərindən LNG qaz ixracını dayandırıb, bu da Avropa alıcıları daha sabit və dayanıqlı satıcılara yönəlməyə sövq edib.
Beləliklə, görsənir ki, Avropa bazarına yeni daxil olmaq istəyən ölkələr, o cümlədən İsrail üçün ciddi texniki çağırışlar mövcuddur. Avropa artıq Norveç və Azərbaycan boru qazı, ABŞ LNG-si, Qətər LNG-si ilə işləyən müxtəlif portfelə malikdir. Ona görə bazara daxil olan hər yeni oyunçu avtomatik əlavə mənbə statusunda olacaqdır. Azərbaycan isə artıq əsas mənbələrdən biridir və mövcud maşrut üzərindən qaz ixracını artırmaq üçün texniki imkanlara sahib olan real ölkədir. Bunun üçün bizim böyük ehtiyatlarımız da mövcuddur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
44
1
olaylar.az

2Sources