
İsrail ordusu Livanın cənubunda keçirdiyi əməliyyatların əsas məqsədinin Hizbullah silahlı dəstələrinin tam silahsızlaşdırılması olduğunu açıqlayıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bildirib.
Onun sözlərinə görə, “Hizbullah”ın silahsızlaşdırılması prioritet vəzifə kimi müəyyən edilib və bu məqsəd hazırda davam edən əməliyyatdan əvvəl də mövcud olub.
General qeyd edib ki, “Şir nəriltisi” əməliyyatı bu hədəfə çatmağa xidmət edir və İsrail bu istiqamətdə həm hərbi əməliyyatlar, həm də siyasi rəhbərliyin atdığı addımlar vasitəsilə irəliləməyə davam edəcək.
Eyal Zamir vurğulayıb ki, İsrail ordusu təhlükələri aradan qaldırmaq üçün hərbi fəaliyyət azadlığını qoruyaraq əməliyyatlarını davam etdirəcək.
Məlumata görə, bu açıqlama İsrail qoşunlarının hazırda fəaliyyət göstərdiyi Livanın cənub sərhəd bölgələrindən birində keçirilən operativ müşavirədən sonra verilib.