EN

Sel traktoru sürücü ilə birlikdə apardı – VİDEO

Qusar rayonunun Hil kəndində güclü sel hadisəsi qeydə alınıb.

Musavat.com xəbər verir ki, sel suları iş başında olan traktoru sürücüsü ilə birlikdə aparıb.

Hadisə ərazidə yağan intensiv leysan yağışlarından sonra baş verib. İlkin məlumata görə, sürücü texnika ilə işləyən zaman qəfil gələn selə düşüb və nəticədə axın onu traktorla birlikdə aparıb.

Qeyd edək ki, son günlər Azərbaycanda müşahidə olunan güclü leysan yağışları səbəbindən çaylarda suyun səviyyəsi artıb, bir sıra ərazilərdə sel və daşqınlar qeydə alınıb.

Şahanə Rəhimli
Musavat.com

Chosen
14
3
musavat.com

5Sources