EN

Qızılın qiymətinin get-gedə artmasının səbəbi nədir?

Qlobal iqtisadi proseslərin təsiri ilə qızıl bazarında son dövrlərdə qiymət dəyişiklikləri müşahidə olunur.

İqtisadçı ekspert Xalid Kərimli Yeniazerbaycan.com-a açıqlamasında bildirib ki, qızılın qiymətində baş verən dəyişikliklər bir sıra amillərlə bağlıdır. Onun sözlərinə görə, mart ayında qızılın qiyməti 11–12 faiz azalıb.

Ekspert qeyd edib ki, qızılı alaraq gələcəkdə qiymət artımından qazanc əldə etməyi planlaşdıran investorlar bu artımı səbirsizliklə gözləyirlər. Mövcud vəziyyət isə daha çox istehsalçılar üçün əlverişli hesab olunur.

Qiymətin enməsinin əsas səbəbləri kimi müharibə fonunda ABŞ dollarının möhkəmlənməsi, enerji qiymətlərinin bahalaşması və inflyasiya ilə bağlı narahatlıqlar göstərilir. Xalid Kərimli əlavə edib ki, real faiz dərəcələrinin artması da bazarda əlavə təzyiq yaradan amillərdəndir.

Məlumata görə, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyərində artım qeydə alınıb. Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin iyun ayı üzrə qızıl fyuçersləri 0,28 faiz artaraq 4 692,8 ABŞ dollarına çatıb.

Qeyd edək ki, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti isə 0,36 faiz azalaraq 72,66 ABŞ dolları təşkil edib.

Havar Şəfiyeva

Chosen
12
1
yeniazerbaycan.com

2Sources