EN

“İrandakı infrastruktura zərbələr qlobal iqtisadiyyata mənfi təsir göstərəcək” Əraqçi

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ və İsrailin İrandakı infrastruktura endirdiyi zərbələr qlobal iqtisadiyyat üçün dağıdıcı nəticələrə gətirib çıxaracaq.

"Report"un İran KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı bildirib.

Onlar son regional hadisələri və Yaxın Şərqdəki gərginliklə bağlı beynəlxalq məsələləri müzakirə ediblər.

"Belə bir vəziyyətin nəticələri İran və regionla məhdudlaşmayacaq, qlobal energetikaya və iqtisadiyyata dağıdıcı təsir göstərəcək və bunun məsuliyyəti yalnız Vaşinqtonun üzərinə düşəcək", - A.Əraqçi qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
azpolitika.info

2Sources