EN

Hava şəraitinə görə işlər dayandırıla bilər? Yalnız bu hallarda

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda hava şəraiti ilə bağlı işin dayanıb-dayanmaması qanunvericiliklə tənzimlənir. Qanunlara görə, təkcə yağışın yağması öz-özlüyündə işin dayandırılması üçün əsas hesab olunmur. Əsas meyar işçinin həyat və sağlamlığı üçün real təhlükənin yaranıb-yaranmamasıdır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əgər iş prosesi zamanı işçilərin həyatına və sağlamlığına risk yaranarsa, iş müvəqqəti dayandırıla bilər. Bu xüsusilə açıq havada çalışanlar və ya yüksək texniki təhlükəsizlik tələb edən sahələr üçün daha актуалdır.

Aşağıdakı hallarda işə fasilə verilməsi mümkündür:

- Şiddətli yağış, leysan, güclü külək və ya fırtına kimi hava şəraiti işçi üçün təhlükə yaradırsa;

- Qəza və ya fövqəladə vəziyyət riski meydana çıxarsa;

- Texniki təhlükəsizlik qaydalarının pozulması ehtimalı olarsa (məsələn, elektrik xətləri ilə bağlı risk, sürüşmə və ya digər təhlükələr).

Belə hallarda işə fasilə vermək işəgötürənin hüquqi öhdəliyidir. Əgər o, bu riski nəzərə almazsa, məsuliyyət daşıya bilər.

İşəgötürən təhlükə olan sahədə işi dayandırmaq barədə qərar verə bilər;

Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları güclü fırtına, sel və ya digər təbii fəlakət riski ilə bağlı xəbərdarlıq edərsə, müəssisələr bu göstərişlərə uyğun hərəkət etməlidir.

Nəticə olaraq, sadəcə yağışın yağması işin dayandırılması üçün kifayət deyil. Lakin hava şəraiti təhlükəli xarakter alarsa və işçinin sağlamlığına risk yaranarsa, qanun iş prosesinin dayandırılmasını tələb edir.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

1Sources