EN

İranda ABŞ və İsrailə casusluq edən 42 nəfər həbs edildi

İranın Xuzistan vilayətində İsrail və ABŞ ilə əlaqədə şübhəli bilinən bir qrup şəxs həbs olunub.

Bizim.Media xəbər verir ki, İran mediasının məlumatına görə, texniki kəşfiyyat tədbirləri və ardıcıl polis araşdırmaları vasitəsilə Xuzistan hüquq-mühafizə orqanlarının əməkdaşları düşmən media qurumları ilə əlaqəli 42 nəfəri müəyyən etməyə müvəffəq olub. 

Məhkəmə koordinasiyasından sonra onların hamısı həbs edilib.

Bu şəxslər əvvəlcədən planlaşdırma ilə həssas hərbi və mülki mərkəzlərin foto və videolarını çəkib düşmən şəbəkələrinə göndəriblər.

Bizim.Media

Chosen
2
5
bizim.media

6Sources