EN

“İnter”in müdafiəçisi “Barselona”ya keçir

“İnter”in müdafiəçisi Alessandro Bastoni karyerasını “Barselona”da davam etdirmək istəyir.

İdmanxeber.az xəbər verir ki, Kataloniya klubu artıq italiyalı futbolçu ilə danışıqlara başlayıb. Tərəflər arasında bəzi detallar hələ razılaşdırılmayıb.

Bastoni transferin tezliklə başa çatmasını istəyir və prosesin uzanmamasının daha sərfəli olacağını düşünür.

“Barselona” 26 yaşlı müdafiəçi üçün 55-60 milyon avro təklif edir, “İnter” isə 70 milyon avrodan çox məbləğ tələb edir.

Chosen
33
idmanxeber.az

1Sources