EN

Həmin uşaqlardan ikisinin də vəziyyəti ağırlaşdı

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan daha ikisinin vəziyyəti ağırlaşıb.

Bu barədə NOCOMMENT.az-a Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən verilən birgə məlumatda bildirilib.

Qeyd olunub ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 uşağın (kişi) müalicəsi davam etdirilir:

“Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə (qadın cinsli) isə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir”.

Qeyd edək ki, aprelin 1-də Sumqayıtda Xəzri bağları adlanan yaşayış massivində 9 uşaqlı ailənin 6 övladı dəm qazından zəhərlənmişdi. Aprelin 4-də zəhərlənən uşaqlardan ən kiçiyi, 2 yaşlı Gülcənnətin həyatını xilas etmək olmayıb.

Chosen
21
43
nocomment.az

10Sources