EN

Yaxın Şərqdə növbəti qaz emalı zavodu fəaliyyətini dayandırıb

Bakı, 6 aprel, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhəri yaxınlığına fəaliyyət göstərən “Xabşanə” qaz emalı zavodu İranın raket zərbəsindən sonra fəaliyyətini dayandırıb. Bu, Yaxın Şərqdə fəaliyyətini dayandıran ikinci qaz emalı zavodudur. Birinci zavod Küveytin “Mina Əl Əhmadi” maye qaz istehsal edən zavodu idi ki, bu da müharibənin ilk günlərində raket zərbəsinə məruz qalaraq istehsalı dayandırmışdı.

AZƏRTAC xəbər verir ki, Əbu-Dabinin hakim dairələrinin zavodu müvəqqəti də olsa bağlamaq qərarı dünya qaz bazarında bahalaşmaya səbəb olub və Niderlandın TTF habında qazın qiyməti 1,5 dəfə artıb, 1000 kubmetrin qiyməti 900 dollara yaxınlaşıb.

Rusiyalı ekspert, iqtisad elmləri doktoru Mixail Qordienko bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropa təbii qazdan məhrum oldu. Müharibədən əvvəl Avropanın təbii qaz tələbatının 45 faizini ödəyən Rusiya indi 10 faizini ödəyir ki, bu da böhrana səbəb olub. ABŞ ilə Yaxın Şərq ölkələrindən sıxılmış qaz (LNG) ixracını artıran Avropa İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra yenidən böhran keçirməyə başladı. Ekspert bildirib ki, Ədu-Dabi, Qətər və Küveytdəki qaz emalı zavodları LNG istehsalını dayandırmasalar da Avropaya qaz ixrac edə bilməzlər, çünki Hörmüz boğazı da bağlıdır.

ABŞ 2025-ci ildə Avropaya 15,5 milyard kubmetr qaz ixrac edirdisə 2026-ci ilin birinci rübündə ixracın həcmi 17,7 milyard kubmetrə çatıb.

ABŞ-ın “Cheniere Energy” LNG istehsal edən şirkəti bildirib ki, zavod tam qüvvəsi ilə çalışır və artıq LNG istehsal etmək imkanı olaraq yoxdur. Eyni fikri Norveçin maye qaz istehsalçıları da səsləndirib.

Körfəzdə müharibə başlayandan bu günə kimi Avropa bazarlarında qazın qiyməti 68,5 faiz artıb ki, bu da dövlətlər üçün çətinliklər yaradıb.

Chosen
19
3
azertag.az

4Sources